İstanbul gəlinlik yarmarkasında qiymətli daşlarla işlənmiş, 8 aya tikilmiş 30 kiloqramlıq gəlinlik 1 milyon dollara satışa çıxarılıb.
Gununsesi.info Türk mediasına istinadən xəbər verir ki, bir çox modelyerin istehsal etdikləri gəlinliklərlə qatıldığı yarmarkada ən çox diqqət çəkən gəlinlik təxminən 8 aya tikilən 30 kiloqramlıq qiymətli daşlarla işlənmiş gəlinlik olub.
Modelyer Neşe Parlakın brilyant, yaqut, mirvari, Swarovski və büllur daşlarla işlənmiş gəlinliyi 1 milyon dollara satışa çıxarılıb.
Məşhur model Vilma Ellesin də qatıldığı yarmarkada moda nümayişi də olub.
Orxan Saffari