Bir milyon fələstinli evlərini tərk edərək Misir sərhədinə köçdü

  • By admin
  • 05 Yanvar 2024 09:03

İsrailin hücumları aramsız olaraq davam etdiyi üçün yüz minlərlə insan evlərindən didərgin düşüb və evsiz qalıb. Onların bəziləri BMT düşərgələrində, bəziləri isə küçələrdə yaşayır.

Gununsesi.info xəbər verir ki, oktyabrın 7-də İsrailin Qəzza zolağına hücumlarından sonra Misir sərhədi yaxınlığındakı Rəfah şəhərinə qaçan fələstinlilərin sayının bir milyona çatdığı bildirilib. Rəfah şəhərinin meri Əhməd əs-Sufi bildirib ki, hazırda şəhər əhalisi 1 milyon 300 min nəfərə çatıb.

Köçkün fələstinlilərdən təxminən 713 mininin Birləşmiş Millətlər Təşkilatının (BMT) qaçqın düşərgələrində sığındığını qeyd edən Sufi, təxminən 268 min fələstinlinin küçə və meydanlarda yaşadığına diqqət çəkib.

İsrail ordusunun Qəzza zolağına havadan, qurudan və dənizdən hücumları aramsız olaraq davam edərkən, insanların əksəriyyəti qurudan işğal cəhdləri səbəbindən şəhərin cənubundakı Rəfah şəhərinə getmək üçün evlərini tərk etmək məcburiyyətində qalıb.

Gununsesi.info