Bir milyon manat dəyərində kokain aşkarladı

  • By Admin2
  • 15 Mart 2025 10:24
Sabunçu RPİ-nin əməkdaşlarının keçirdiyi tədbirlərlə paytaxt sakini 38 yaşlı Hüseyn Hüseynov saxlanılıb.
Gununsesi.info xəbər verir ki, bu barədə saytımıza məlumat DİN-in mətbuat xidmətindən bildirilib.
Belə ki, saxlanılan şəxsdən 1 kiloqrama yaxın kristalşəkilli güclü təsiredici narkotik vasitə olan kokain, 329 ədəd ekstazi və metadon həbi, eləcə də 178 qram marixuana götürülüb.
O, Bakıda kokainin satışını təşkil edən əsas şəxs olub, ifşa edilməməsi üçün onunla əlaqə saxlayanlara özünü əcnəbi vətəndaş kimi təqdim edib və xarici dillərdə ünsiyyət saxlayıb.