“Bir milyon yarım vəsaitlə hansı büdcəyə gəlir gətirmək olar?” - FAZİL MUSTAFA

  • By admin
  • 13 Noyabr 2017 13:34
“Hər zaman hansısa bankın sağlamlaşdırılmasından söhbət gedir. Olsun. Bəs vətəndaşın sağlamlaşdırılması istiqamətində büdcədən nə qədər vəsait ayrılır? Rəqəm çox azdır” .
 
Gununsesi.info xəbər verir ki, bu barədə danışan deputat Fazil Mustafa qeyd edib ki, bu yaxınlarda prezident təqaüdçüsü olan aktyor Rasim Balayev iki dərmandan birini ala bilir: “Bu artıq vətəndaşın sağlamlaşdırılması baxımından vəziyyəti izah edir. Kino pul gətirən sahədir. Kinoya ayrılan 1 milyon yarım vəsaitlə hansı büdcəyə gəlir gətirmək olar? Gürcüstan bu gün büdcəsini turizmdən və kinodan qazanır. Büdcənin gəlirləri aşağıdır. Xaricdə təhsil almaqla bağlı məsələni bağladılar. İstedadlı gənclərin xaricdə təhsil almasına kömək edilməlidir. Tanınmış dahilərin bir yerdə muzeyi yaradılmalıdır ki, onların əsərləri itib batmasın. Regionlar artıq dotasiyadan qurtarılmalıdır. Enerjinin qiymətləri bahadır, vətəndaş da bundan əziyyət çəkir. Onkoloji xəstələrin sayı çoxdur. Baxsanız, hamısı yoxsul ailələrdir. Onların müalicəsinə kömək edilməlidir”.
Mürtəza 
Gununsesi.info