Xaricdən Türkiyəyə qaçaqmalçılıq yolu ilə zinət əşyası gətirməyə cəhd edən Azərbaycan vətəndaşı saxlanılıb.
Gununsesi.info xəbər verir ki, bu barədə Türkiyənin “Milliyet” qəzeti məlumat yayıb. Xəbərə görə, İstanbul polisinə Sabiha Gökçen Hava Limanından ölkəyə qaçaqmalçılıq yolu ilə qızıl-zinət əşyası gətiriləcəyi barədə əməliyyat məlumatı daxil olub. Məlumatla əlaqədar Azərbaycan vətəndaşı Y. D. nəzarətə götürülüb. Onun aeroportun yük yerindən götürdüyü qutuya baxış keçirilərkən 5,5 kq xam vəziyyətdə olan zümrüd aşkarlanıb. Məlum olub ki, xam məhsul İstanbuldakı Qapalıçarşı Ticarət Mərkəzində hazırlandıqdan sonra satılmaq üçün ölkəyə göndərilib. Qiymətli qaşın 1 milyon dollar dəyərində olduğu bildirilir. Qeyd edilir ki, Y. D. Dindirildikdən sonra deportasiya edilməsi üçün İstanbul Polisinin Miqrasiya Xidmətinə göndərilib.
Gununsesi.info