Bir nəfər özünü dənizə atdı

  • By admin
  • 03 Aprel 2021 19:56

Sumqayıtda bir nəfər intihara cəhd edib.

Gununsesi.info xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Belə ki, bir nəfər intihar məqsədilə özünü dənizə atıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub.

Onlar vətəndaşı xilas edərək, aidiyyəti üzrə təhvil veriblər.

Gununsesi.info