“Bir neçə ərazi rusiyalı hərbçilərdən azad edilib” -Zelenski

Ukrayna ordusu əks-hücum əməliyyatı nəticəsində bir neçə yaşayış məntəqəsini Rusiya qoşunlarından azad edib.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, bu barədə məlumatı Ukrayna Prezidenti Volodimir Zelenski açıqlayıb.

HTML tutorial

Ölkə xalqını bu münasibətlə təbrik edən Zelenski yeni irəliləyişi “yaxşı xəbər” olaraq qiymətləndirib.

Bununla belə, Zelenski azad edilən ərazilərin hansı bölgədə yerləşdiyini açıqlamayıb.

“İndi həmin ərazilərin adlarını açıqlamaq vaxtı deyil”, – deyə Ukrayna lideri söyləyib.

Gununsesi.info