Bir neçə dairə üzrə şikayət DSK-lara göndərildi

  • By admin
  • 15 Fevral 2020 14:41

Mərkəzi Seçki Komissiyasının iclasında Milli Məclisə seçkilərlə əlaqədar bir neçə dairə üzrə daxil olan şikayətlərə baxılıb. 

Gununsesi.org-un məlumatına görə, 82 saylı Ağcabədi, 94 saylı Bərdə kənd, 56 saylı Xaçmaz kənd, 106 saylı Tovuz-Qazax-Ağstafa Seçki dairələri üzrə müraciətlərin araşdırılması üçün müvafiq dairə seçki komissiyalarına göndərilməsi barədə qərar qəbul edilib.

Qeyd edək ki, fevralın 9-da Milli Məclisə növbədənkənar seçkilər keçirilib.

Gununsesi.org