
“Paltel Group”un Qəzza zolağında göstərdiyi telekommunikasiya xidmətləri enerji resurslarının tükənməsi səbəbindən bir neçə saat ərzində dayandırılacaq.
Gununsesi.info xəbər verir ki, bu barədə Fələstinin “Paltel Group” telekommunikasiya şirkəti məlumat yayıb.
Məlumatda Qəzzanın əsas stansiyalarında işləyən bütün generatorların lazımi yanacaq çatışmazlığı səbəbindən dayandığı bildirilir.
Bildirilir ki, əsas rabitə şəbəkəsi enerji saxlama aqreqatlarının və akkumulyatorların qalıqlarına əsaslanır və bütün rabitə xidmətləri bir neçə saat ərzində sıradan çıxacaq.
Qəzzada fəaliyyət göstərən digər rabitə şirkətlərindən heç bir açıqlama verilməyib.
Gununsesi.info