Bir neçə yaşayış məntəqəsində qaz olmayacaq

  • By admin
  • 07 Dekabr 2016 10:30

qaz

Astara magistral qaz kəmərləri sahəsində təmir işləri aparılacaq.

Bu gün saat 10:00-dan 17:00-dək “Astara-Qazıməmməd” magistral qaz kəmərinin “Qaz İxrac” İdarəsinin Astara magistral qaz kəmərləri sahəsinin xidməti ərazisində olan hissəsində yaranmış qaz sızmasının ləğvi ilə əlaqədar
“Şahağacı” qazpaylama stansiyasında qaz təminatı dayandırılaraq təmir işləri aparılacaq.

Gununsesi.info SOCAR-a istinadən xəbər verir ki, Təmir müddətində Astara rayonunun Kakalos, Pensər, Şahağacı, Siyəkül, Maşğan, Təngərüd və Şiyəkəran kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq.

Anar
Gununsesi.info