Bir neçə yaşayış məntəqəsinin qaz təchizatı məhdudlaşdırılır

  • By admin
  • 15 Noyabr 2016 10:53

qaz

Noyabrın 15-də saat 12:00-dan 18:00-dək “Qazıməmməd-Qazax” magistral qaz kəmərinin “Qaz İxrac” İdarəsinin Ağdaş Magistral qaz kəmərləri sahəsinin xidməti ərazisində olan hissəsində və “Goranboy” qazpaylama stansiyasında və bəzi ölçü qovşaqlarında carı təmir işləri aparılacaq.

SOCAR-dan Gununsesi.info-ya verilən məlumata görə, təmir müddətində aparılan işlərin Goranboy və Naftalan rayonlarının bir hissəsinin qaz təchizatına təsir göstərməsi mümkündür.

Gununsesi.info