Bir neçə səfir işdən çıxarılacaq

  • By admin
  • 25 İyul 2016 14:30

mövlüd

 

“Fətullahçı terror təşkilatının hərbi çevriliş cəhdindən sonra Türkiyə Xarici İşlər Nazirliyində səfir səviyyəsində vəzifədən çıxarılmalar olacaq”.

Gununsesi.info “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “Habertürk” kanalına müsahibəsində deyib.

Vaxtilə Türkiyə XİN-ə qəbul imtahanının sual və cavablarının FETÖ üzvlərinə verildiyini söyləyən M. Çavuşoğlu bu şəkildə nazirliyə ciddi sızmaların baş verdiyhini bildirib: “Başqa qurumlardan bizim nazirliyə personal alınaraq əsas vəzifələrə yerləşdirilib”.

M. Çavuşoğlu bildirib ki, bu şəxsləri təsbit etmək üçün nazirlik ciddi şəkildə çalışmaları davam etdirir: “Xəta payımızı minimallaşdırmaq üçün çox ciddi çalışırıq”.

 

Gununsesi.info