Bir ölkə koronavirusun əsirinə çevrildi – Küçələrdən 420 cəsəd toplandı

  • By admin
  • 23 İyul 2020 20:52
Boliviyanın 3 şəhərində beş gün içində yollar, avtomobillər və evlərdən 420 cansız bədən toplanıb. Bu şəxslərin 90 faizinin koronavirus səbəbi ilə həyatını itirdiyi təxmin edilir.
Gununsesi.org xəbər verir ki, yerli hökumət yaratdıqları xüsusi qrupların 15-20 iyul tarixləri arasında ölkənin dördüncü böyük şəhəri Kokabambada 191, paytaxt La Pazda 141 və ölkənin ən böyük şəhəri olan Santa Kruzda 68 cansız bədən tapdıqlarını açıqlayıb.
Qeyd edək ki, Boliviyada koronavirusdan 2 min 218 nəfərin öldüyünün açıqlanmasına baxmayaraq ölü sayının daha çox ola biləcəyi söylənilirdi. Boliviya adlı tibbi qrum 1 apreldən 19 iyula qədər xəstəxanaların xaricində 3.016 cəsədin olduğunu açıqlamışdı.
Gununsesi.org