“Bir qələtdi eləmişəm” - Samir Rəşidov

  • By admin
  • 28 İyul 2016 17:03

samir

 

Bakıda çağırılmamış qonaq ev sahibini bıçaqlayıb, sonra isə mənzildən pul götürərək qaçıb. Gununsesi.info xəbər verir ki, Binəqədi polisinin çevikliyi sayəsində cinayətkar tez bir zamanda saxlanılıb. Ötən gün Binəqədi rayonu ərazisində yaşayan İradə Hüseynovanın mənzilinə aldatma yolu ilə daxil olmuş naməlum şəxs ona bıçaqla xəsarət yetirib, sonra isə  evdən 110 manat pul götürərək oranı tərk edib.

İ.Hüseynova qonşularının köməkliyi ilə dərhal xəstəxanaya çatdırılıb. Əməliyyatdan sonra onun həyati təhlükəsi aradan qaldırılıb.

Hadisə ilə bağlı xəstəxanadan polisə məlumat verilib.

Binəqədi Rayon Polis İdarəsinin və 5-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində cinayətdə çübhəli bilinən  Bakı şəhər sakini Samir Rəşidov saxlanılıb. İstintaq zamanı Samir törətdiyi cinayəti səmimi etiraf edib.

İ.Hüseynovanı 5 ilə yaxındır ki tanıdığını deyən Samir ötən gün onun evinə getdiyini bildirib. Mənzilə daxil olanda İradə Hüseynova ilə aralarında mübahisə yaranıb. Həmin zaman yüksək dozalı dərman qəbul etdiyini deyən Samir mətbəxdən bıçağı götürərək zərərçəkənin kürək nahiyyəsindən 2 dəfə xəsarət yetirib. Daha sonra evə gələrək anası “mən belə bir qələt eləmişəm” deyib.

Faktla bağlı Binəqədi RPİ-də başlanan cinayət işi üzrə araşdırmalar davam edir.

 

Gununsesi.info