“Bir qrup şəxs atəşkəsi pozmağa cəhd etd, azərbaycanlı qardaşlarımız lazımi cavabı verdi” – NAZİR

  • By admin
  • 18 Dekabr 2020 14:08

“Bir qrup şəxs atəşkəsi pozmağa cəhd etdi. Azərbaycanlı qardaşlarımız lazımi cavabı verdi. Dağlıq Qarabağın bir hissəsində ermənilər var. Ruslar sülhü qorumaq üçün Qarabağdadırlar”.

Gununsesi.org-un verdiyi xəbərə görə, bu barədə Türkiyənin milli müdafiə naziri Hulusi Akar jurnalistlərə açıqlamasında bildirib.

“Ruslar iddia edirlər ki, Türkiyə hərbçiləri ermənilərin olduğu yerdə olmasınlar, əks təqdirdə problem yaranacaq. Biz bu məsələni Azərbaycanla müzakirə edəcəyik. Bu məsələ Azərbaycanla Türkiyə arasındadır. Danışıb həll edəcəyik”, – deyə nazir sözlərinə əlavə edib.

Gununsesi.org