Bir şəxs iki fərqli vaksin vurdura bilər?

  • By admin
  • 18 İyun 2021 14:58

“Bir şəxsin fərqli platformalardan olan peyvəndlərdən istifadəsi araşdırma mərhələsindədir”.

Gununsesi.info xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İnfeksion xəstəliklər üzrə İşçi Qrupunun üzvü, infeksionist Nəzrin Mustafayeva bildirib.

N.Musatafayeva qeyd edib ki, bəzi ölkələrdə iki fərqli vaksindən istifadənin effektivliyi üzərində klinik çalışmalar davam etdirilir:

“İlkin nəticələr də var. Amma məlumatlar çox məhdud olduğundan, rəsmi təsdiqlənmədiyindən kütləviliyi gözlənilmir. Gələcək üçün necə olacağını isə zaman göstərəcək”.