Bir siqaret 66 nəfərin ölümünə səbəb oldu

  • By admin
  • 28 Aprel 2022 11:11

2016-cı ildə “EgyptAir” təyyarəsinin qəzaya uğramasının səbəbi müəyyənləşib.

Gununsesi.info xarici KİV-ə istinadən xəbər verir ki, araşdırmanın yekun nəticələrinə əsasən, hadisəyə pilotun siqaret çəkməsi səbəb olub. Nəticədə təyyarədə partlayış baş verib.

Xatırladaq ki, 2016-cı ildə Misirin paytaxtı Qahirəyə getmək üçün Fransadan havaya qalxan “EgyptAir” aviaşirkətinə məxsus MS804 reysi Yunanıstanın Krit adasının cənub hissəsində qəzaya uğrayıb. Qəza nəticəsində 66 sərnişin və ekipaj üzvü həlak olub.

Gununsesi.info