Bir tələbəyə dövlət nə qədər pul ayırır? - MƏBLƏĞ

  • By Günel
  • 10 Sentyabr 2024 12:21

Ötən gün Nazirlər Kabineti ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiqi ilə bağlı qərara dəyişiklik edib.

Gununsesi.info Globalinfo.az – a istinadən xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini İdris İsayev jurnalistlərə açıqlaması zamanı deyib.

O bildirib ki, bakalavr təhsil səviyyəsi üzrə hər təhsilalana düşən təhsil haqqı xərcləri 22 faiz, magistratura üzrə 26 faiz, doktorantura səviyyəsi üzrə isə 60 faiz artırılıb:

“Bir bakalavr və magistrə düşən təhsil haqqı xərci təxminən 3 min manatdan çoxdur, doktorantura səviyyəsi üzrə isə bu xərc 4500 manatdan çoxdur”.

Nazir müavini əlavə edib ki, növbəti illərdə bu artım təhsil müəssisələrinə münasibətdə daha səmərəli nəticəsini verəcək: “Hazırda 73 mindən çox tələbə var, onların yarısından çoxu dövlət hesabına təhsil alır ki, bu da universitetlərin maliyyələşdirilməsində artım deməkdir”.

Gununsesi.info