Bir təpiyə görə 60 avro cərimələndi -VİDEO

  • By admin
  • 23 Mart 2018 10:39
İspaniyanın Barcelona şəhərində dayanacaqda gözləyən qadına zarafat məqsədi ilə arxadan təpik vuran adamın görüntüləri böyük səs-küyə səbəb olub. Videonun sosial mediada yayılmasından sonra gənc adam polis məntəqəsinə gedərək təslim olub.
Moderator.az xəbər verir ki, dayanacaqda gözləyən qadına təpik vuran adam bu hərəkətinə görə  60 min avro pul cəzası alıb.
Görüntülərdə, 24 yaşlı kişinin 48 yaşlı qadına qaçmadan əvvəl barmaqları ilə geri saydığı və bir təpik atdığı görünür.
Qadının hücum sonrası bir ayaq topuğunun burxulduğu və sol dizi ilə biləyinin yüngülcə yaralandığı bildirilib.
Olayın görüntüsü aşağıdakı linkdə:
https://www.dailymotion.com/video/x6gohwq