“Birbaşa Bakı”nın baş məşqçisi: Yarımfinal matçı mübahisəli idi

  • By ilhame
  • 08 Sentyabr 2024 15:47

Yarımfinal matçı mübahisəli idi.

Bunu Gununsesi.info-ya açıqlamasında Polşanın paytaxtı Varşavada keçirilən Çempionlar Liqasında finala vəsiqə qazanan “Birbaşa Bakı”nın baş məşqçisi Dan Marius Mitu deyib.

Mütəxəssis oyun ərzində bir neçə qol şanslarını əldən verdiklərini söyləyib:

“40 dəqiqə ərzində üstün oyun nümayiş etdirdik, lakin bəzi şanslarımızı əldən verdik. Qrupumuzdan yarımfinala 3 komanda çıxıb. Bu da o deməkdir ki, çox çətin qrupa düşmüşdük”.

Rumıniyalı məşqçi finalda qarşılaşacaqları “Brno” kollektivi (Çexiya) ilə oyundan əvvəl şanları dəyərləndirib:

“Final qalib gəlməli olduğumuz başqa bir oyundur. Şansları 50-nin 50-yə dəyərləndirirəm”.

Qeyd edək ki, yarımfinalda Ukrayna təmsilçisi “Andezit”i penaltilər seriyasında 4:3 hesabı ilə məğlub edən “Birbaşa Bakı” finalda Çexiyanın “Brno” kollektivi ilə üz-üzə gələcək.

Qarşılaşma bu gün Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

Gununsesi.info