
Rusiyanın “Birinci kanalı”nın efirindən Azərbaycanın ərazi bütövlüyünə qarşı növbəti dəfə məsuliyyətsiz çağırışlar və açıq təhqirlər səsləndirilib.
Gununsesi.info xəbər verir ki, “Böyük oyun” verilişinin aparıcısı Vyaçeslav Nikonov və onun qonaqları Qarabağ üzərində Azərbaycanın yurisdiksiyasının bərpa edilməsinin “Rusiyanın maraqlarına uyğun gəlmədiyi” barədə cəfəngiyyat danışıblar.
Proqramda müzakirələr zamanı ekranda keçmiş və qondarma “dqr” separatçı qurumunun “xəritəsi” göstərilib. Bu azmış kimi, Andranik Miqranyan tamamilə qeyri-adekvat mülahizələr irəli sürüb.
Sonda Rusiya Federasiyası İctimai Palatasının üzvü Natalya Naroçnitskayanın “şərhini” Bakıya qarşı açıq-aşkar təxribat adlandırmaq olar. O, verilişin sonunda aparıcının sözünü kəsərək, “Qarabağ – əzəli erməni torpağıdır” – deyə bağırıb.
“Birinci kanalı”nın bu təxribatçı verilişinə görə üzr tələbi və Azərbaycan ərazisində “Birinci kanalın” mümkün bloklanması Rusiya ilə Azərbaycan arasında düşmənçilik salmaq istəyən təbliğatçılar üçün yaxşı dərs ola bilər. Azərbaycan XİN-in reaksiyasını gözləyirik…
Gununsesi.info