Birinci müavin istefa ərizəsini nazirə TƏQDİM ETDİ - FOTO

  • By admin
  • 28 Dekabr 2017 10:18
Mikayıl Cabbarov vergilər naziri təyin olunduqdan sonra nazirlikdə istefa dalğası sürətlə davam edir.
Gununsesi.info unikal.org-a istinadən məlumat verir ki, artıq Vergilər nazirinin I müavini Sahir Məmmədxanov da postunu tərk etmək qərarına gəlib. Belə ki, S.Məmmədxanov istefa ərizəsini nazir Mikayıl Cabbarova təqdim edib.
Yaxın günlərdə Fazil Məmmədovun komandasına sadiqliyi ilə seçilən S. Məmmədxanovun istefasının qəbul ediləcəyi gözlənilir.
Xatırladaq ki, o, Azərbaycan Respublikası Prezidentinin 29 mart, 2016-cı il tarixli Sərəncamı ilə Vergilər nazirinin birinci müavini vəzifəsinə təyin edilmişdi.
Gununsesi.info