Birinci Qarabağ müharibəsi veteranlarının müraciətləri “Azəriqaz” İB tərəfindən həllini tapdı - VİDEO

  • By admin
  • 06 Dekabr 2022 09:49

Birinci Qarabağ müharibəsi veteranı Suliddin Novruzovun SOCAR “Azəriqaz” İB-yə etdiyi müraciət qısa vaxt ərzində həllini tapıb.

Müharibə veteranının Tovuz rayonu, Cəlilli kəndində yerləşən fərdi yaşayış evinə qaz xətti çəkilərək sayğac quraşdırılıb.

Suliddin Novruzovun həmkəndlisi, həm də müharibə yoldaşı olan Alim Qasımov da eyni istəklə SOCAR “Azəriqaz” İB-yə müraciət edib. Birliyin həssas qrupa göstərdiyi qayğının nəticəsi kimi müharibə iştirakçısının fərdi yaşayış evi qazlaşdırılaraq sayğacla təmin edilib.

Ətraflı video materialda izləyə bilərsiniz: https://youtu.be/F1onIjP7Uac

Gununsesi.info