

Kommersiya banklarının problemli kreditləri ilin əvvəli ilə müqayisədə 7.4 faiz artıb.
Gununsesi.info bunu Azərbaycan Mərkəzi Bankına istinadən bildirir.
AMB-nın məlumatına görə, bu ilin birinci rübündə kreditlərin həcmi 15.5 milyard manat təşkil edib ki, bu da ilin əvvəli ilə müqayisədə 911 milyon manat (-5.5 faiz) azdır. Qeyd edək ki, yanvarın 1-i üçün kreditlərin həcmi 16.4 milyard manat olub.
Bu ilin birinci rübündə kreditlərin həcminin azalması problemli kreditlərin azalmasına təkan verə bilməyb. Əksinə zərərli aktivlər kredit portfelinin 10.2 faiz həcminə çatıb. Bu ilin yanvar-mart aylarında bankların vaxtı keçmiş kreditlərinin həcmi 1.5 milyard manat səviyyəsivə yüksəlib ki, bu da ilin əvvəli ilə müqayisədə 118 milyon manat artım deməkdir.
Vüsalə Rüstəmova
Gununsesi.info