Birinci sinfə elektron qeydiyyat dayandırılır

  • By admin
  • 19 Mart 2020 10:27

Martın 19-u saat 16:00-dan etibarən birinci sinfə elektron qeydiyyat müvəqqəti dayandırılır.

Gununsesi.org Təhsil Nazirliyinə istinadən xəbər verir ki, elektron qeydiyyat sistemi martın 29-u saat 12:00-dan etibarən yenidən aktivləşəcək.

Qeyd edək ki, 2020-2021-ci dərs ilində ölkənin bütün ümumi təhsil müəssisələrinin I siniflərinə şagird qəbulu www.mektebeqebul.edu.az sistemi vasitəsilə elektron qaydada həyata keçirilir.

Birinci sinfə elektron qeydiyyat prosesinə martın 10-dan start verilib.

Gununsesi.org