Birinci siniflərə elektron qeydiyyatın vaxtı açıqlandı

  • By admin
  • 21 Fevral 2024 15:55

Birinci siniflərə qeydiyyat prosesi 2015-2016-cı tədris ilindən etibarən elektron qaydada həyata keçirilir.

Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən Gununsesi.info-nun sorğusuna cavab olaraq bildirilib.

Qeyd edilib ki, proses www.mektebeqebul.edu.az portalı vasitəsilə aparılır:

“2024-2025-ci tədris ili üzrə birinci siniflərə elektron qeydiyyata cari ilin may ayında start verilməsi planlaşdırılır. Bununla bağlı ictimaiyyətə əlavə məlumat veriləcək”.

 

Gununsesi.info