Birinci xanımın 600 dollarlıq ayaqqabısı və prezidentin gülünc çıxışı: ÖLKƏNİ QARIŞDIRDI

  • By admin
  • 30 Avqust 2017 15:06

59a68d6f8ad5c_6first-lady-felaket-bolgesine-12-santimlik-9982225_3230_m

ABŞ prezidenti Donald Trampın xanımı Meleniya Tramp ölkədə fəlakətin yaşandığı bölgəyə 12 sm dabanı olan ayaqqabı ilə gedincə tənqid hədəfi olub.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, “Harvi” qasırğası səbəbilə 3 min nəfərin evsiz qaldığı Texasa gedən birinci xanım geyimi ilə diqqətləri çəkib.

Onun 12 sm dabanı olan 600 dollarlıq ayaqqabıları etiraza səbəb olub. Birinci xanım yüz minlərlə insanın fəlakətinə laqeyd qalmaqda, ancaq xarici görünüşünü və bahalı libaslarını nümayiş etdirməkdə ittiham edilib.

Amerikalılar birinci xanımın fəlakət bölgəsinə getdiyi zaman geyindiyi paltarların insanların ağrı-acısı ilə uyuşmadığını deyiblər.

Prezident Tramp isə Texasdakı çıxışı isə gülüş obyekti olub. Tramp onun çıxışına qulaq asmaq üçün toplananların sayının çox olduğunu görəndə sevincini gizlətməyib və “Nə böyük izdiham” ifadəsini işlədib.

Sosial şəbəkə istifadəçiləri bunu prezidentin bütün çıxışlarının əvvəlcədən hazırlandığı və şəraitə görə dəyişmədiyini, Trampın ancaq sözləri əzbərlədiyini yazıblar.

Gununsesi.info