Birləşmiş Ərəb Əmirliklərində kitab oxumaq məcburidir

  • By admin
  • 04 Noyabr 2016 08:50

ereb

Birləşmiş Ərəb Əmirlikləri etdiyi qanun dəyişikliyi ilə gözəl bir işə imza atıb. Gununsesi.info-nun xəbərinə görə, qanunda dövlət işlərində çalışanlar iş saatlarında kitab oxuya biləcəklər. Ancaq işçilərın istifadə etdiyi vəsaitlər arasında istədikləri deyil, şəxsi inkişaf və peşə fəaliyyəti ilə bağlı kitablar yer alacaq. BƏƏ-nin dövlət başçısı yardımçısı və Dubayın mütləq hökmdarı Məhəmməd ibn Rəşid əl-Məqtumun verdiyi açıqlamaya görə, bu qanun eyni zamanda kafelər üçün də keçərlidir. Yəni, kafelərdə müştərilər üçün oxu materiallarının olması məcburiyyətidir. Həmçinin, alış-veriş mərkəzlərində də kitabxana şöbələri açılacaq.

Qanunun ən gözəl tərəfi isə uşaqlara “bilgi çantaları” adı ilə kitabla dolu torbalar paylanmasıdır. Bu kitablar BƏƏ-nin yerli sakinləri üçün ərəb, xarici vətəndaşlar üçün isə ingilis dilində olacaq. Gununsesi.info