Birləşmiş Ştatlar Avropadakı hərbi mövcudluğunu gücləndirir

  • By admin
  • 02 İyul 2022 13:26

NATO Ukraynaya hərbi müdaxiləsindən sonra Rusiyanın təhlükəsi ilə üzləşdiyi bir vaxt Birləşmiş Ştatlar Avropadakı qüvvələrini gücləndirəcək. Prezident Co Bayden Madriddə keçirilən NATO Sammitində Avropaya əlavə qüvvə göndərəcəyini elan edib.

NATO Madrid sammitini daha rəqabətçil və təhlükəli dünyada alyansın gələcəyi üçün mühüm adlandırıb. Birləşmiş Ştatlar Avropada Amerika qüvvələrini artırmağı vəd edib.

“Biz müttəfiqlərimizlə birlikdə NATO-nun bütün istiqamətlərdən, qurudan, havadan və dənizdən təhdidlərə cavab verməyə hazır olmasını təmin edəcəyik,” ABŞ Prezidenti Co Bayden deyib.

Bu yeni qərara əsasən, ABŞ 5-ci Ordu Korpusu üçün Polşada daimi qərargah yaradacaq, Rumıniya və Baltikyanı dövlətlərə əlavə rotasiya edən hərbi qüvvə yerləşdirəcək, əlavə esmineslər, F-35 döyüş təyyarələri eskadrilyaları və hava hücumundan müdafiə sistemləri göndərəcək.

Bundan əlavə NATO sürətli cavab qüvvəsini yeddi qat artıraraq, 300 min əsgəri qüvvəyə çıxarmağı planlaşdırır.

“Bu NATO-nun yenidən istiqamətləndirilməsinin bir hissəsidir ki, mən onillərdir davam edən böhranın idarə edilməsi üzrə beynəlxalq əməliyyatların diqqəti yayındırıcılığa və müttəfiq ərazilərin müdafiəsinə yetiriləcək,” Finlandiya Beynəlxalq Məsələlər İnstitutundan Çarli Salonius-Pasternak deyib.

NATO həmçinin genişlənməyi planlaşdırır. Belə ki, Finlandiya və İsveç Türkiyənin sammit ərəfəsində vetosunu aradan qaldırması nəticəsində rəsmi olaraq alyansa qoşulmağa dəvət olunublar və bu proses bir neçə həftə ərzində yekunlaşdırıla bilər.

“Bu, şübhəsiz ki, Madridin tarixi sammitə çevrilməsinin bir komponentidir və bunu ən başda etmək möhtəşəm oldu. Və əlbəttə ki, Finlandiya və İsveçin NATO-ya üzvlüyü bütün Şimali Avropanın müdafiəsini yenidən planlaşdırmağa imkan verir,” Salonius-Pasternak deyir.

NATO-nun dəyişən strateji mövqeyi çərşənbə axşamı sammitdə qəbul edilən yeni “Strateji Konsepsiyada” vurğulanıb.

“Konsepsiyada açıq bildirilir ki, Rusiya bizim təhlükəsizliyimizə ən ciddi və birbaşa təhlükədir,” NATO-nun baş katibi Yens Stoltenberq deyib.

NATO müdafiəsini artırdığı bir vaxt, Ukrayna Rusiyanın işğalına məruz qalmağa davam edir.

Ukrayna Prezidenti Volodimir Zelenski Kyivdən sammitə müraciət edib.

“Bu, Rusiyanın təkcə Ukraynaya qarşı apardığı bir müharibə deyil. Bu, Avropada şərtləri – gələcək dünya nizamının necə olacağını – diktə etmək üçün aparılan bir müharibədir,” o deyib.

NATO Ukrayna üçün yeni uzun-müddətli yardım paketi üzərində razılaşıb. NATO üzvləri özləri ayrı-ayrılıqda ağır silahlar göndərirlər, ancaq Ukrayna daha çoxuna ehtiyacının olduğunu deyir.

“Onlar çoxlu ilkin təlimdəm keçməli oldu. Onlar bunu etdilər. Bəzi sistemlər çatdırılıb. Yəni, təəssüf ki, onlar kiçik paketlərlə gedir,” ABŞ müdafiə nazirinin Avropa və NATO üzrə keçmiş müavin yardımçısı Cim Tounsend deyib.

NATO üzvləri ilə birlikdə sammitdə Hindistan-Sakit okean regionundan müttəfiqləri olan Yaponiya, Cənubi Koreya, Avstraliya və yeni Zelandiya liderləri də iştirak edib. NATO-nun Strateji Konsepsiyasında ilk dəfə olaraq Çindən bəhs edilir.

“Biz Moskva ilə Pekin arasında strateji əməkdaşlığın dərinləşdiyini görürük və Çinin artan iddialılığı və məcburedici siyasəti (NATO) müttəfiqləri və bizim tərəfdaşlarımızın təhlükəsizliyinə təsir edir,” Stoltenberq deyib.

Madrid sammiti NATO üçün iqlim dəyişikliyindən tutmuş Çinə qədər yeni çətinliklərin tanınması baxımından tarixi bir məqamdır. Ancaq alyansın yeni Strateji Konsepsiyasında aydın bildirilir ki, Rusiya təhlükəsizliyə ən böyük hədədir və alyans bu təhlükəyə uyğunlaşmalıdır.

Gununsesi.info