
Dünya televiziyası vasitəsilə yayımlanan “Birlikdə” verilişi bu bazar da qarşınızda olacaq.
Gununsesi.info xəbər verir ki, proqramın bu buraxılışında qonaqlar uğurlarından bəhs edəcəklər. Aparıcılar Ceyran Nəriman və Şəlalə Nərimanın bu həftə qonaqları isə müğənni Aygün Mahmudova və “Ol” filminin yaradıcı heyəti rejissor Namiq Ağayev, ssenaristi Fikrət Məmmədov, aktrisa Vüsalə Ağamalıyeva,quruluşçu operator Ramin Asimoğlu, montajor Fariq Cəfərov olacaq. Verilişdə Aygünün maraqlı parodiyalarını izləyə biləcəksiniz, eyni zamanda filmdə çəkilən türk aktyoru Tuncər Salmandan alınan ekslüziv müsahibə də tamaşaçılara təqdim ediləcək. “Birlikdə” verilişini bazar günü 19:30 –da Dünya TV-də izləyə bilərsiniz.
https://www.youtube.com/watch?v=bwT68n9OwNM
Gununsesi.info