Birliyin Anbar təsərrüfatının müdiri təqaüdə yola salındı

SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyinin rəhbərliyi və digər struktur bölmələrinin məsul şəxsləri 65 illik ömrünün 43 ilini neft-qaz sahəsində çalışan, Birliyin Anbar təsərrüfatının müdiri Səməd Osmanovun təqaüdə çıxması səbəbi ilə görüş keçiriblər.

Tədbirdə çıxış edən Birlik rəhbərliyi və əməkdaşlar işlədiyi müddət ərzində bütün kollektivin hörmət və rəğbətini qazanan əməkdaşımızın ünvanına xoş sözlər səsləndiriblər.

Səməd Osmanov göstərilən diqqətə görə təşəkkür edərək, doğma kollektivdən ayrılmağın çətin olduğunu, lakin artıq təqaüdə çıxmaq və gənclərə yol açmağın vaxtı olduğunu bildirib.

Daha sonra o, SOCAR-ın “Azəriqaz” İB-də uzunmüddətli nümunəvi əmək fəaliyyətinə görə Fəxri Fərman və hədiyyə ilə mükafatlandırılıb.

Biz də öz növbəmizdə Səməd müəllimə can sağlığı, uzun ömür arzulayır, Birliyin inkişafında xidmətlərinə görə təşəkkür edirik!

 

 

Gununsesi.info