Birmada hökumət qüvvələri ilə silahlılar arasında toqquşmalar davam edir. İki tərəf arasındakı döyüşlərdə bir ailənin üzvlərinin fərqli cəbhələrdə savaşması ölkənin bölünməsinin təsvirini ortaya qoyur.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, vətəndaşların yaşadığı kəndlərə hökumət silahlılarının basqın etdiyini deyən ata Bo Kyar Yine oğluna çağırış edib.
“İlk atəş aça bilən mən olsam, səni öldürəcəyimə əminəm” , – deyə o oğluna səslənib. Birmadakı 2021-ci ildəki əsgəri çevrilişin ardından dirəniş güclərinə qatılan ata hərbi cuntada yer alan oğlu ilə telefon danışığı zamanı bu fikirləri səsləndirib. Ata Kyar oğlu Nyi Nyi ilə dialoqu zamanı “Atan olduğum üçün tərəddüd edə bilərsən, ancaq mən tərəddüd etmərəm”, deyir.
Kiçik oğlu Nyi ilə danışarkən bunları deyir: “Görmürsənmi? Ordu insanların evlərini yandırır, yıxır. Xalqı öldürür. Etirazçılara atəş açır. Səbəbsizcəsinə qadınlara təcavüz edir. Bunları bilmirsənmi?”
- Bu xəbərdəki adlar və məkanlar adamların gizliliyini saxlamaq üçün dəyişdirilmişdir.
Tərcümə: Arzu Sayadoğlu