Bişkekdə Türk Dövlətləri Təşkilatının (TDT) Xarici İşlər Nazirləri Şurasının iclası başlayıb.
Gununsesi.info bildirir ki, nazirlər görüşdən öncə ailə fotosu çəkdiriblər.
Görüş TDT sammitinə hazırlıq çərçivəsində keçirilir və “Türk dünyasının gücləndirilməsi: iqtisadi inteqrasiya, davamlı inkişaf, rəqəmsal gələcək və hamı üçün təhlükəsizlik” mövzusuna həsr olunub.
Qeyd edək ki, Qırğız Respublikasında Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının 11-ci Zirvə görüşü baş tutacaq.