Bişkekin Ala-Too meydanında yeni bayrağın təntənəli qaldırılması mərasimi olub.
Gununsesi.info xəbər verir ki, mərasimdə Qırğızıstanın baş naziri Akılbek Japarov və digər rəsmilər iştirak ediblər.
Tədbir dövlət himninin sədaları altında baş tutub.
2023-cü il dekabrın 22-də Qırğızıstan Prezidenti Sadır Japarov “Qırğızıstan Respublikasının dövlət rəmzləri haqqında” Qırğızıstan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Qanunu imzalayıb. Sənəd iki gün əvvəl parlament tərəfindən qəbul edilib.
Qanun Qırğızıstan Respublikasının əsas dövlət rəmzlərindən birinin – ölkə bayrağının təkmilləşdirilməsi məqsədilə qəbul edilib.
Qəbul edilən qanunda Qırğızıstan Respublikasının bayrağındakı günəş şüalarının forması dalğavaridən düzə dəyişdirilib.
Gununsesi.info