Bişmiş qarğıdalının 5 faydası

  • By admin
  • 08 İyul 2023 22:15

Qarğıdalıda çoxlu kalsium, sink, maqnezium və dəmir var. Bundan əlavə, bitki həzmi yaxşılaşdıran çoxlu lif ehtiva edir.

Gununsesi.info “Medicina”-ya istinadən xəbər verir ki, diyetoloq Vasilisa Ponomaryovanın sözlərinə görə, qarğıdalı çox sağlam qida hesab olunur, çünki taxıl sağlam karbohidratlar və qida maddələri ilə zəngindir.

Orqanizmə 5 əsas faydalı xüsusiyyəti aşağıdakılardır:

– Sarı taxıllar bədəni A vitamini və B1, B3, B5, B7 (biotin) və B9 (fol turşusu) vitaminləri kimi bir çox vacib vitaminlərlə təmin edir. Beləliklə, qarğıdalı hormonal balansın tənzimlənməsinə dəstək verir.

– Əhəmiyyətli vitaminlərdən əlavə, qarğıdalıda dəmir, kalsium, kalium, maqnezium və sink mineralları var. Tərkibindəki karotenoidlər görmə qabiliyyətini yaxşılaşdırır.

– Qarğıdalı bizi yüksək keyfiyyətli proteinlə təmin edir. Taxıllar həmçinin həzmə kömək edən liflə zəngindir.

– Qarğıdalı qlütensiz olduğu üçün qlütenə qarşı dözümsüzlüyü olan insanlar da bu qidalı tərəvəzi yeyə bilərlər.

– Tərkibində B vitaminləri, C vitamini və kalium, dəmir, maqnezium və kalsium kimi vacib minerallar var.
– Həmcinin göz xəstəliklərinə və təzyiqə müsbət təsir göstərir.

Gununsesi.info