“Bitcoin”in qiymətində yeni rekord

  • By admin
  • 13 Mart 2021 20:06

Dünyanın ən məşhur kriptovalyutası olan “Bitcoin”in qiymətində yeni rekord qeydə alınıb.

Gununsesi.info xarici KİV-ə istinadən xəbər verir ki, bu gün 60,6 dollara qədər yüksəldikdən sonra geri çəkilərək, 59,9 dollara realizə edilib.

HTML tutorial

Bu qiymətlə “Bitcoin” yeni rekorda nail olub.

Qeyd edək ki, fevralın 21-də 58 min dollar çatan “Bitcoin” qiymətləri ertəsi gün 50 dollardan da aşağı düşmüşdü.

Kriptovalyutaya qarşı münasibəti birmənalı olmayan tanınmış iş adamı Bill Qeyts dünən açıqlamasında “Bitcoin”in emalı prosesinin ətraf mühitə zərər verdiyini bildirib və bu valyutaya yatırım etməməyə çağırıb.

Gununsesi.info