Bitki və heyvan növlərinin elektron məlumat bazası yaradılacaq

  • By admin
  • 04 Oktyabr 2016 10:53

bitki

Azərbaycanda bitki və heyvan növlərinin inventarlaşdırılması aparılacaq və elektron məlumat bazası yaradılacaq.

Gununsesi.info xəbər verir ki, bu, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 3 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında bioloji müxtəlifliyin qorunmasına və davamlı istifadəsinə dair 2017–2020-ci illər üçün Milli Strategiya”da əksini tapıb.

Milli Strategiyaya əsasən, fauna və flora növlərinin inventarlaşdırılması və vahid məlumat bazasının yaradılması 2017-2020-ci illər ərzində Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Azərbaycan Milli Elmlər Akademiyası tərəfindən həyata keçiriləcək.

Gununsesi.info