Bitkoinin qiyməti 42 min dollara çatdı

  • By admin
  • 31 İyul 2021 19:19

Dünyanın aparıcı kriptovalyutası olan bitkoinin qiyməti 41 840 ABŞ dollarına çatıb.

 

Gununsesi.info  xəbər verir ki, kriptovalyuta son 24 saat ərzində 7,94 %, son 7 gün ərzində isə 23,40 % bahalaşıb. Nəticədə onun kapitallaşması  783,73 milyard dollara çatıb.

 

Kapitallaşmaya görə 2-ci pillədə qərarlaşan “Ethereum”un qiyməti isə son bir sutkada 5,27 % artaraq 2 469 dollar olub. İlk onluqda qərarlaşan kriptovalyutalardan ən böyük artım isə “Polkadot”da olub.

 

Kriptovalyuta bazarının toplam dəyəri 1,63 trilyon dollar həddində qərarlaşıb.

 

“СoinМarketСap”in Bakı vaxtı ilə saat 14:42-a olan məlumatları aşağıdakı kimidir.

Gununsesi.info