“Bizə verilən əmrləri yerinə yetirdik” - Türk Əsgəri

  • By admin
  • 20 İyul 2016 12:00

turk

 

 

Konyada Türkiyədə iyulun 15-də Fətullahçı Terror Təşkilatının (FTT) dövlət çevrilişinə cəhdiylə bağlı soruşturma əsnasında məhkəməyə sövq edilən 31 hərbiçi, aralarında Konya Bölge Jandarma Komandiri Qərargah rəisi, polkovnik Mustafa Sakaoğlunun da olduğu 23 nəfərlə birlikdə 2 nəfər şəhər Təhlükəsizlik İdarəsinin rəisi də həbs edilib. Gununsesi.info Anadolu Agentliyinə istinadən xəbər verir ki, Konya baş prokuroru Bestami Tezcanın başlatdığı sorğulamada iyulun 16-da polisin həyata keçirdiyi əməliyyatda gözaltına alınan Sakaoğlu ile 30 hərbiçinin Təhlükəsizlik idarəsindəki əməliyyatları tamamlandı. Ədliyyəyə sövq edilən 31 şübhəlidən aralarında Sakaoğlu ilə bir yüzbaşının da olduğu 23 adam həbs olunub, 8 nəfər məhkəmə nəzarət qərarı sərbəst buraxılıb. Həbs olunan əsgərlər, “hərbi kamuflajla” ədliyyəyə nəzarətdə gətiriliblər. Burada əsgərlərə Jandarma Komandirliyindən gətirilən idman geyimləri geyindirilib. Daha sonra əsgərlər cəza edam təşkilatı vasitələriylə Ankaradakı həbsxanaya göndəriliblər.

Əsgərlər ifadələrində “Bizə verilən əmrləri yerinə yetirdik. Hər zaman vəzifə borcumuzu yerinə yetirməyə getdiyimizdə olduğu kimi, yenə silahlarımızın alıb kazarmalarımızdan çıxdıq. Bu çevriliş təşəbbüsüylə əlaqədar heç bir bağımız yoxdur” dedyiblər. Digər tərəfdən, əməliyyat çərçivəsində nəzarətə alınan Kadınhanı Şəhər Təhlükəsizlik müdiri Mehmet Demir və İlgin İlçe Təhlükəsizlik müdiri Mehmet Donqar da çıxarıldıqları məhkəmədə həbs olunub.

 

Gülnaz Qənbərli