“Bizə əsl bayram teatrın pərdələrinin açılacağı gün olacaq…”

  • By admin
  • 10 Mart 2021 21:53
Akademik Milli Dram Teatrının aparıcı aktrisası, əməkdar artist Sənubər İsgəndərli Milli Teatr günü münasibəti ilə Azərbaycan Teatr Xadimləri İttifaqının “Sənətkar” medalı ilə təltif edilib.
Gununsesi.infonun Moderator.az-a istinadən açıqlamasında aktrisa bu medalın onun sənətinə verilən dəyər kimi qiymətləndirib.
“Mükafata görə Teatr Xadimləri İttifaqına və xüsusilə ittifaqın sədri Azərpaşa Nemətova təşəkkürümü bildirirəm. Bayaq “Sənətkar” medalı mənə təqdim olunanda da təşəkkür nitqimdə bunu dedim ki, bizə əsl bayram teatrın pərdələrinin açılacağı gün olacaq. Çünki artıq kimlə görüşürük, kimlə əlaqə saxlayırıqsa hamı teatr üçün darıxdığını deyir. İnanın ki, artıq son həddəyik, o dərəcədə. Çox darıxırıq teatrımız üçün, biri-birimiz üçün gözəl tamaşalarımız üçün tamaşaçılarımız üçün… Allah hamımıza can sağlığı versin ki, yenidən həmin sənətkarlar səhnədə olsunlar, tamaşaçıların görüşünə gəlsinlər” deyə aktrisa bildirib.
Gununsesi.info