“Biz 44 günük savaşda təkcə işğalçıları yox, onların Dryan kimi havadarlarını da əzmişik…” - Qüdrət Həsənquliyev

Millət vəkili, BAXCP sədri Qüdrət Həsənquliyev Gununsesi.info-ya açıqlamasında Fransa XİN başçısının Fransa Milli Məclisində Azərbaycan Respublikası Prezidenti haqqında dediklərini sərt ifadələrlə qınayıb:

“Azərbaycan XİN bu ədəbsizliyə artıq münasibət bildirib. Qafqaz mürəkkəb və həssas bir bölgədir. Burda hamı hər şeyi yaxşı başa düşür. Le Dryanın ədəbsiz və qeyri-diplomatik çıxışı Azərbaycanın siyasətinə təsir edə bilməz. Daha güclü ölkə rəhbəri onların prezidentinin qalstukundan tutub sürüyəndə gərək o “xoruzlanardı”, yoxsa biz onların prezidentliyə namizədini ölkəmizin suverenliyinə hörmət etməyə çağıranda yox. Bilirsiniz, biz 44 günük savaşda təkcə erməni işğalçılarını yox, onların Dryan kimi havadarlarını da əzmişik. İndi bilmirlər bizdən necə acıqlarını çıxsınlar. Onların bu tipli açıqlamarı acizlikdən və hikkədən qaynaqlanır. Eyni zamanda onu da təsdiq edir ki, Fransada baş qaldırmış və onların özünə yaxşı heç nə vəd etməyən anti-türk, anti -islam fəaliyyəti Fransa siyasi rəhbərliyinin fəaliyyətinin nəticəsidir. Dryanı isə adına uyğun fəaliyyətinə bir daha tənqidi nəzər yetirməyə və Azərbaycanın dövlətinin suverenliyinə hörmət etməyə çağırıram”.

HTML tutorial

Gununsesi.info