“Biz ABŞ-ın yeni sanksiyalarından qorxmuruq” - İRAN PREZİDENTİ

  • By admin
  • 31 Oktyabr 2018 17:04

“Biz ABŞ-ın yeni sanksiyalarından qorxmuruq”.

Gununsesi.org “Reuters”ə istinadən xəbər verir ki, bunu İran Prezidenti Həsən Ruhani bildirib.

“Xalq bilməlidir ki, hökumət ABŞ-ın hədələrindən qorxmur”, – o vurğulayıb.

Xatırladaq ki, ABŞ noyabrın 4-də İrana qarşı sanksiyaların ikinci mərhələsinin tətbiqinə başlayacaq. Bu sanksiya İranın energetika sahəsini əhatə edəcək.

Qeyd edək ki, bu ilin avqustunda ABŞ İrana qarşı sanksiyaların birinci mərhələsini tətbiq etmişdi.

Gununsesi.org