“Biz atəşkəs rejiminin tətbiqinin tərəfdarıyıq” - ZELENSKİ

  • By admin
  • 20 Fevral 2022 18:46

Ukrayna Prezidenti Vladimir Zelenski bu gün fransalı həmkarı Emmanuel Makron ilə telefon danışığı apardığını deyib. Danışıq zamanı o, Donbassdakı münaqişənin həlli üçün dərhal Təmas Qrupunun toplanmasına və atəşkəs rejiminin tətbiqinə çağırıb.

Gununsesi.info bildirir ki, Prezident bu barədə Twitter səhifəsində yazıb:

“Dünənki söhbəti davam etdirərək, mən Emmanuel Makrona mövcud təhlükəsizlik vəziyyəti və yeni təxribat xarakterli atəşlər barədə məlumat verdim. Biz sülh prosesinin intensivləşdirilməsinin tərəfdarıyıq. Biz üçtərəfli Təmas Qrupunun dərhal çağırılmasının və dərhal atəşkəs rejiminin tətbiqinin tərəfdarıyıq”.

 

 

Gununsesi.info