“Biz bu sənədi imzaladıq, yoxsa bütün Qarabağı itirəcəkdik” - Arayik Harutyunyan

  • By admin
  • 10 Noyabr 2020 14:30

Erməni qoşunları noyabrın 7-də  Şuşa üzərində nəzarəti tamamilə itirib, – bunu  Qarabağ separatçılarının lideri Arayik Harutyunyan bir az qabaq etdiyi müraciətində bildirib. 

Onun sözlərinə görə, Azərbaycan ordusu son günə kimi dronlardan  istifadə etdi və ağır zərbələr endirdi.

“Hamımız, bütün liderlər, belə bir problemin olmasına görə cavab verməliyik”, deyə o, bildirib.

Arayik Harutyunyan həmçinin söyləyib ki,  dünən verilmiş qərara tarix qiymət verəcək. “Amma biz   buna getməli idik.  Hərbi əməliyyatlar eyni sürətlə davam etsəydi, bir neçə günə bütün Qarabağı itirəcəkdik”, – deyə o,  vurğulayıb.