“Biz cavab verməyərək özümüzü hörmətli aparırıq” - ZELENSKİDƏN PUTİNƏ

  • By admin
  • 08 Fevral 2022 18:11

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya Prezidenti Vladimir Putinə cavab verib.

Gununsesi.info xəbər verir ki, bu barədə Ukrayna dövlət başçısı fransalı həmkarı Emmanuel Makronla görüşdən sonra brifinqdə danışıb.

Ukrayna Prezidenti rus dilində cavab verəcəyini deyərək vurğulayıb ki, “aforizmin müəllifi” (Vladimir Putini nəzərdə tutur – red.) onu daha yaxşı başa düşsün: “Şübhəsiz, bəzi şeylər var ki, Rusiya Prezidenti ilə mübahisə edə bilməzsən. Ukrayna həqiqətən də gözəldir. “Mənim” isə bir az artıqdır”.

V.Zelenskinin sözlərinə görə, Ukrayna dözümlüdür, çünki bu müdrikliyin göstəricisidir: “Bizim dözümlülüyümüz təxribatlara təsir edir. Biz cavab verməyərək özümüzü hörmətli aparırıq. Bu mənada dözümlülük müdriklikdir”.

Qeyd edək ki, Putinin fikirləri ötən gün Moskvada Fransa Prezidenti Emmanuel Makronla danışıqlarda Ukraynanın ünvanına səsləndirilib: “Xoşun gəlsə də, gəlməsə də, döz mənim gözəlim”.

Tərəflər mübahisəli təhlükəsizlik təminatlarını və Ukraynadakı vəziyyəti müzakirə ediblər. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskovun sözlərinə görə, Putinin bu açıqlamasında dövlətlərin öz öhdəliklərini yerinə yetirməsinin zəruriliyinə istinad edilib.

 

 

Gununsesi.info