Biz həqiqətləri olduğu kimi demirik - FƏRƏC QULİYEV

  • By admin
  • 24 Fevral 2017 13:06

ferec

“Biz bəzi həqiqətləri olduğu kimi demirik. Biz hansısa ölkələrin qarşısında gözügölgəli deyilik ki, həqiqətləri gizlədək”.

Gununsesi.info xəbər verir ki,   bunu Milli Məclisin iclasında deputat Fərəc Quliyev bildirib.

O bildirib ki, Milli Məclisin Xocalı soyqırımı ilə bağlı qəbul edəcəyi qərar layihəsində 366-cı motoatıcı alayın SSRİ-yə məxsus olduğunun qeyd edilməsi düzgün deyil.

Deputatın sözlərinə görə, Xocalı soyqırımı olarkən SSRİ adlı dövlət yox idi.

“Buna görə də, biz Rusiya ordusunun 366-cı motoatıcı alayı kimi qeyd etməliyik. Bu, Rusiya əhalisinə qarşı deyil, sadəcə olaraq həqiqətləri deməliyik”.

Kamil 

Gununsesi.info