“Biz heç kimi təhqir etməmişik” - İLKİN HƏSƏNİ İRADLARA CAVAB VERDİ

  • By admin
  • 22 Fevral 2018 23:45

“Bozbaş Pictures” serialındı yayımlanan bəzi səhnələr tənqidlərə səbəb olub.

Belə ki, serialın son bölümlərində aktyor Amil Verdiyev rol alır. 120 sm boyu olan aktyor ekran işində Şəminin (İlkin Həsəni) mühafizəçisi obrazını canlandırır. Serial boyunca onun boyu ilə bağlı zarafatlar da edilir. Bu isə tamaşaçılar tərəfindən birmənalı qarşılanmayıb. Onlar aktyorun alçaldıldığını , lağa qoyulduğunu iddia ediblər.

Gununsesi.info musavat.com-a istinadən bildirir ki, İlkin Həsəninin dediyinə görə, sözügedən iddialar əsassızdır: “Bir-iki dəfə mənə də yaxınlaşıb irad bildiriblər. Onlara bildirmişəm ki, həmin insanın boyu hündür olsaydı, heç vaxt diqqətimizi çəkməzdi. Komandamızda yer almazdı. O çəkilişdən əvvəl ssenarini oxuyur, obrazı barədə məlumatlanır. Bəzən özünə uyğun olmayan səhnələri deyir, biz onları çıxarırıq. Amil komandamızda sevilən şəxsdir. Ona qarşı hörmətsizlik ola bilməz. Biz kimisə lağa qoyub, incitməmişik. Bu bizə yaraşan hərəkət deyil. Əsla, o cür addımlar atmarıq. Bir sözlər haqqımızda səsləndirilən iradlar əsassızdır”.

Gununsesi.info