“Biz inanırıq ki, sülhün bərqərar olması üçün real şans var” -Ararat Mirzoyan

“Biz inanırıq ki, regionda baş verən bütün qan və nifrətə baxmayaraq, Cənubi Qafqazda sülhün bərqərar olması üçün real şans var”.

Gununsesi.info xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Yunanıstanın “Katimerini” jurnalına müsahibəsində bildirib.

HTML tutorial

Onun sözlərinə görə, Ermənistan dəfələrlə regionda uzunmüddətli sabitliyin bərqərar olmasına və dinc inkişaf erasının açılmasına hazır olduğunu bir daha təsdiqləyib.

“Eyni zamanda, aydındır ki, bu səylər birtərəfli ola bilməz və bu istiqamətdə biz Azərbaycan tərəfdən eyni dərəcədə konstruktiv yanaşma və səmimi əməli addımlar gözləyirik”.

Gununsesi.info