“Biz istənilən ssenariyə hazırıq” -Netanyahu

  • By Günel
  • 01 Avqust 2024 14:50

Netanyahu Həmas və Hizbullahın yüksək rütbəli liderlərinin öldürülməsindən sonra ilk dəfə çıxış edib.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki,  o, çıxışında qarşıda çətin günlərin olduğunu vurğulayıb: “Biz istənilən ssenariyə hazırıq və istənilən təhlükə qarşısında birlik və qətiyyətlə dayanacağıq. İsrail harada olur olsun, istənilən hücuma görə ağır cəza ödədəcək”.

Həm Həmas, həm də İran bu hadisənin münaqişənin regional müharibəyə çevrilmə riskini artırdığını bildirərək, şokedici sui-qəsdə görə İsraili məsuliyyət daşıdığını bildirib.

Haniyəyə sui-qəsd İsrailin Beyrutda təşkil etdiyi hücumda Hizbullahın yüksək rütbəli komandirlərindən Fuad Şükürü hədəf almasından bir neçə saat sonra həyata keçirilib.

İsrail hücum nəticəsində Şükürün öldürüldüyünü açıqlasa da, Hizbullah da hücumu təsdiqləyib.

ABŞ Şükürü 1983-cü ildə Beyrutda Hərbi Dəniz Qüvvələrinin ölümcül bombardmanını planlaşdırmaqda və həyata keçirməkdə ittiham edir.

İranın ali dini lideri Əli Xamenei isə Tehranda Haniyənin öldürülməsinə cavab olaraq İsrailə birbaşa hücum əmri verib.

Günel Həsənova

Gununsesi.info