“Biz itirsək, onlar da itirəcək”  - FOTO

  • By admin
  • 12 İyun 2017 13:54

unnamed (6)

“Bir çox insanlar bundan tək itirənin biz olmayacağımızı düşünür. Biz 1dollar itirsək, onlar da 1 dollar itirəcək”.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu haqda Qətər Əmirliyinin Maliyyə naziri Əli Şərif Əl-Əmadi “CNBC” televiziyasına verdiyi müsahibədə belə deyib.

Belə ki, Əli Şərif Əl-Əmadi bu embarqolardan təkcə özləri yox, həm də sanksiya tətbiq edən ölkələrin zərər çəkəcəyini bildirib.

Eyni zamanda maliyyə naziri ölkəsinin iqtisadiyyatı və milli pul vahidini bəzi Ərəb ölkələrinin tətbiq etdiyi sanksiyalardan rahatca qoruya biləcəyini söyləyib.

Qeyd edəkki, bazar ertəsi birdən-birə Misir, Səudiyyə Ərəbistanı, Bəhreyn, BƏƏ, Liviya və Yəmən daxil olmaqla altı ərəb ölkəsi Qətəri terror təşkilatlarını dəstəkləməkdə və Yaxın Şərqdə sabitliyi pozmaqda ittiham edərək onunla diplomatik münasibətləri dayandırdıqlarını bəyan ediblər.

Anar
Gununsesi.info